Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin geyimini tərifləyib.
“Qafqazinfo” xəbər verir ki, bu, Ağ Evdə Zelenski ilə nahar zamanı olub.
Belə ki, Tramp Zelenskinin zövqlü göründüyünü bildirib.
“O bu gödəkçədə əla görünür. Çox qəşəngdir. İnsanlar bunu fərq edəcək. Bu, əslində çox əladır”.
Xatırladaq ki, bu ilin fevral ayında Zelenskinin Trampla keçirilən görüşə rəsmi geyimdə qatılması, protokol qaydalarına uyğun geyinməməsi qalmaqala səbəb olmuşdu.
ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutmuşdular. Tramp isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçlamışdı.