Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Vladimir Zelenskinin adı ABŞ-də pedofil maliyyəçisi “Cefri Epşteynin işi” ilə bağlı dərc olunmuş sənədlərdə yer alıb.
"Cebheinfo.az" xəbər verir ki, bu iddia ilə Rusiyanın rəsmi TASS informasiya agentliyi çıxış edir.
Qeyd olunur ki, Zelenskinin adı 2024-cü ilə aid dərc olunan e-poçtlardan birində çəkilir. Həm müəllifin, həm də alıcının kimliyi gizli saxlanılır.
Məktubda Zelenskinin Ukraynadan qadın və uşaq qaçaqmalçılığına qarışdığı iddia edilir və model agentliyi rəhbəri Jean-Luc Brunel ilə əlaqəsi ola biləcəyi irəli sürülür.
Brunel 2020-ci ildə Fransada yetkinlik yaşına çatmayanlara təcavüz etməkdə ittiham olunub və məhkəmə qərarı verilməmişdən əvvəl kamerasında intihar edib.
"Zelenski, Jean-Luc Brunel tərəfindən Ukraynada həyata keçirilən insan alverini nəzərə alaraq, bütün aktivlərinizin “JP Morgan” tərəfindən araşdırılmasını tələb edirəm!" - deyə məktubun müəllifi yazıb.
Məktubun başqa bir hissəsində isə o, Zelenskinin qadın və uşaq ticarətini dayandırmağı planlaşdırıb-planlaşdırmadığını maraq edib və Ukrayna mediasının bu mövzuda niyə səssiz qaldığını soruşub.
Zelenski Epşteynin sənədlərində başqa səbəblərlə də keçir. Onlardan birində Epşteyn və o dövr Slovakiya Xarici İşlər Naziri və ATƏT sədri olan Miroslav Layçak, Zelenskinin qələbəsindən iki gün sonra mesajlaşma tətbiqində 2019-cu il Ukrayna prezident seçkilərini müzakirə edirlər.
Epşteyn vəziyyətin müdaxilə etmək üçün yaxşı bir fürsət kimi göründüyünü bildirib. Həmsöhbəti isə Zelenskinin Ukraynanı idarəetmə qabiliyyəti ilə bağlı şübhələrini dilə gətirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin