Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə qəzetinə geniş müsahibə verib.
Globalinfo.az xəbər verir ki, müsahibədə əsasən Ukrayna müharibəsinə, İran, Suriya, və digər gündəm məsələlərə toxunulub.
Lavrov bildirib ki, Moskva Ukrayna münaqişəsini Rusiyanın Qərblə genişmiqyaslı toqquşması kimi qiymətləndirir.
“Qərb Üçüncü dünya müharibəsi barədə narrativlərdən istifadə edərək seçicilərini səfərbər etməyə və öz hakimiyyətlərini qorumağa çalışır. Avropa Ukraynada döyüşləri əvvəldən planlaşdırıb və Kiyevin NATO-ya qoşulmasını ilkin mərhələdən nəzərdə tutub. Ukrayna münaqişəsinin problemi torpaqla deyil, ruslara qarşı qırğın aparmaq istəyən nasist rejimi ilə bağlıdır. Zelenskinin istədiyi atəşkəs isə Rusiya üçün qəbuledilməzdir”.
Rusiya XİN başçısının sözlərinə görə, Qərb Zelenski rejiminin təhlükəsizliyini təmin etmək istəyir:
“Zelenski Avropanı ABŞ prezidenti Donald Trampla qarşıdurmada qalib kimi təqdim etməyə çalışır.
Qərb ölkələri Rusiya ordusunun Ukraynadakı fəaliyyətini kiçildir və irəliləyişin yavaş olduğunu iddia edərək sevinir. Avropa Ukraynadakı müsbət proseslərə müdaxilə edərək onları geri çevirməyə çalışır.
ABŞ-ın Ukraynaya dair 28 maddəlik planında Kiyevdən milli azlıqların, o cümlədən dil və din hüquqlarını təmin etmək tələb olunub. Avropa və Kiyev ABŞ planını dəyişdirərək milli azlıqların hüquqlarına dair tələbləri öz sülh planlarından çıxarıb”, – deyə Lavrov vurğulayıb.
Əliyar Xəlil