Zelenskinin İtaliyadakı villası satışdan çıxarılıb

07.08.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Volodimir Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərindəki villası satışdan çıxarılıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Adının çəkilməsini istəməyən yerli daşınmaz əmlak agentliyinin əməkdaşı agentliyə "Ev satılmır. Dayanıb. Çoxdan satışa çıxarılıb, indi yox" deyib.

Onun sözlərinə görə, hazırda malikanədə heç kim yaşamır.

Rieltor malikanənin bazardan nə vaxt götürülməsi ilə bağlı suala cavab verməkdən imtina edib. Qadın həmçinin “söhbəti davam etdirməkdə maraqlı olmadığını açıq şəkildə bildirdi”, RİA Novosti qeyd edir.

Agentliyin məlumatına görə, Forte dei Marmidə Zelenskinin evinə bənzəyən malikanələr 3,5-4 milyon avroya satılır.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью