Zelenskinin kostyumda Çarlz III ə səfəri Trampı qəzəbləndirəcək

24.06.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

“Daily Express” yazır ki, Vladimir Zelenskinin Böyük Britaniya kralı III Çarlzla görüşə kostyumda gəlməsi ABŞ lideri Donald Trampı qəzəbləndirəcək.

“Zelenski Çarlz III ilə adi “hərbi forması” əvəzinə qara pencək və şalvarda görüşüb – bu, şübhəsiz ki, qəzəbləndirəcək… Donald Trampı”, – məqalədə qeyd edilir.

Məqalə müəlliflərinin xatırlatdığı kimi, Zelenski “monarxla heç vaxt Ağ Evə geymədiyi paltarda görüşmüşdü”.

Bundan əvvəl Ağ Evdəki görüşdə Tramp Kiyev rejiminin rəhbərinin qeyri-rəsmi üslubundan narazılığını bildirib.

Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski ABŞ prezident administrasiyasını Zelenski yenidən iclasa kostyumsuz gələrsə, onu Ağ Evdən qovmağa çağırıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью