Zelenskinin mühafizəsini kimlər təşkil edir?

07.04.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Böyük Britaniyadan olan özəl hərbi şirkətin (PMC) döyüşçüləri tərəfindən qorunur.

Missiya.Az xəbər verir ki, bu barədə “RT” telekanalı məlumat yayıb.

Bildirilib ki, PMC Group 4 Securitas (G4S) Ukraynaya təxminən 30 il əvvəl gəlib. İndi onların nümayəndələrinin ölkənin bir çox strateji obyektlərinə çıxışı var.

"G4S Ukraynada dövlət obyektlərinin mühafizəsində fəal iştirak edir. İlk növbədə, onlar Zelenskinin təhlükəsizlik komandasının bir hissəsidir", - deyə vurğulanıb.

Qeyd olunub ki, PMC-nin öz kəşfiyyat xidməti var və Krımda təxribat fəaliyyətində iştirak edir.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью