Zelenskinin NATO proqramı bəlli oldu DETALLAR

07.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankarada keçirilən NATO sammitində iştirakı ilə bağlı yeni məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, “CNN” telekanalının məlumatına görə, Zelenski NATO liderlərinin iştirakı ilə keçiriləcək şam yeməyinə qatılacaq, lakin alyansın rəsmi iclaslarında iştirak etməyəcək.

Məlumata əsasən, ekspertlər bu qərarı Ukraynanın NATO-ya üzvlük istiqamətindəki gözləntilərinin hələlik reallaşmaması ilə bağlı siyasi mesaj kimi qiymətləndirirlər.

Bildirilib ki, sammit çərçivəsində Vladimir Zelenskinin bir sıra ikitərəfli görüşlər keçirməsi gözlənilir. Ukrayna lideri daha əvvəl açıqlamasında tədbir zamanı pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni müqavilələrin imzalanmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, NATO sammitində iştirak etmək üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Tramp da diqqət mərkəzində olub. ABŞ lideri hava limanında qarşılanma mərasimi zamanı türk hərbçilərini öz dillərində salamlayaraq diqqət çəkib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью