Zelenskinin ofisi: Prezident seçkiləri keçirilməyəcək

20.08.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyak ölkədə hazırda seçkilərin keçirilməsi üçün şəraitin olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Podolyak bu barədə “La Repubblica” qəzetinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, siyasi prosesin istənilən iştirakçısının, o cümlədən keçmiş müdafiə naziri Mixail Fedorovun açıqlama vermək hüququ var. Lakin Podolyak hesab edir ki, Ukraynada seçki kampaniyasının keçirilməsi üçün maneələr artıb. 

“Seçki təhlükəsizliyinə zəmanət vermək mümkün deyil. Qanuni qadağa da qüvvədə qalır”, - deyə Zelenskinin müşaviri bildirib.

Podolyak vurğulayıb ki, hazırda Ukraynada seçki prosesinin keçirilməsi üçün lazımi şərtlər mövcud deyil.

Qeyd edək ki, Zelenski iyulun 14-də seçkilərin keçirilməsinə çağır edən müdafiə naziri Mixail Fedorovu vəzifəsindən azad edib. 

Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Ukraynada 2019-cu ildən etibarən prezident seçkiləri keçirilməyib.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью