Zelenskinin ofisi təkzib etdi: Cəfəngiyyatdır!

10.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Guya 2025-ci ilin yayında Ukraynada prezident seçkilərinin keçiriləcəyinə dair yayılan məlumatlar cəfəngiyyatdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak deyib.

O, döyüşlər davam edərkən seçkiləri planlaşdırmağın mümkün olmadığını vurğulayıb.

“Əvvəlcə müharibəni bitirməli, sonra səs verməliyik”, – Yermak bildirib.

Qeyd edək ki, bundan öncə “The Economist” nəşri Ukrayna prezidentinin Rusiya ilə imzalanacaq ehtimal atəşkəs razılaşmasından sonra komandasına prezident seçkilərinin təşkilini tapşırdığını iddia edib.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью