Zelenskinin ofisinin rəhbəri Trampın xüsusi nümayəndəsi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

07.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Yermak “Teleqram” kanalında məlumat yayıb.

Bildirilib ki, onlar Kelloqun Ukraynaya səfərini müzakirə ediblər.

"Biz onun Ukraynaya gözlənilən səfərini müzakirə etdik, bu bizim üçün çox vacibdir. Ədalətli və davamlı sülh Ukrayna üçün prioritetdir", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Kelloqla cəbhədəki vəziyyət və Ukraynanın mülki əhalisinin təhlükəsizliyi barədə də danışıblar.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью