Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna prezidentinin olduğu təyyarə İrlandiyadan yola düşüb...
Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu təyyarə ABŞ-da "Joint Base Andrews" aviabazasına enib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "FlightAware" məlumat yayıb.
Prezidentə məxsus "A319" uçağı Şennon Hava Limanından (İrlandiya) "Endryus" aviabazasına (Merilend, ABŞ) uçuşu 8 saat 2 dəqiqə davam edib.
Eniş şərq standart vaxtı ilə("EST") saat 17:59-da(Bakı vaxtı ilə 08:59) qeydə alınıb.
Xatırladılır ki, Ukrayna lideri çox güman ki, Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlara dair saziş imzalamaq üçün ABŞ-yə gedib. Artıq ilkin danışıqlar başa çatıb.
Bundan bir az əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business” telekanalında bildirib ki, Ukrayna və Amerika Birləşmiş Ştatları arasında faydalı qazıntılar haqqında saziş 27 fevral 2025-ci il tarxində hazırdır. Onun sözlərinə görə, bunu iki ölkənin prezidentləri imzalamalıdır.