Zelenskinin otağında diqqət çəkən rəsm FOTO

24.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağına yanan Kreml və batmaqda olan Rusiya hərbi gəmisi təsvir edilən rəsmlər asıb.

Bunu "Time" nəşrinin jurnalisti Saymon Şuster bildirib.

Şuster qeyd edib ki, Zelenskinin seçdiyi bu rəsmlərin dəyəri ən çox bir neçə yüz dollar olsa da, dövlət başçısı üçün əsas əhəmiyyətli olan onlarda təsvir olunan mənzərələrdir.

"Onların hər biri qələbə haqqındadır. Mən elə bu otaqda yaşayıram", - Zelenski nəşrin jurnalistlərinə belə deyib. (oxu.az)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью