Zelenskinin Prezident Aparatının keçmiş rəhbəri Yermak həbs edilib

14.05.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna prezidenti Zelenskinin Aparatının keçmiş rəhbəri Andrey Yermak iki ay müddətinə həbs edilib.

Azpost.info bildirir ki, məhkəmə həmçinin girov məbləği 140 milyon qrivna olaraq müəyyən edib.

Yermak məhkəmə qərarı elan edildikdən sonra dərhal həbs olunmayıb. Onun girov məbləğini artırmaq və ya məhkəmənin qərarından apelyasiya şikayəti vermək üçün beş günü var.

Mayın 11-də Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları “Kiyev yaxınlığında dəbdəbəli tikinti layihələrində 460 milyon qrivnanın (təxminən 9 milyon avro) yuyulmasında iştirak edən” mütəşəkkil bir qrup aşkar etdiklərini açıqlayılar.

Hakimiyyət orqanları Andriy Yermakı qrupun üzvlərindən biri kimi göstəriblər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью