Zelenskinin prezidentliyi qeyri legitimdir?

15.08.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Ukrayna lideri Vladimir Zelenskinin Alyaska görüşünə dəvət olunmamasının səbəbini onun prezident kimi qeyri-legitimliyi ilə izah edənlər də var.
Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a müsahibəsində danışıb.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasında Zirvə görüşünün keçiriləcəyi Alyaskaya dəvət olunmamasının səbəbini bu cür açıqlayıb: “Bu, Ukrayna dövlət başçısının hakimiyyətinin qeyri-legitimliyinin etirafı deməkdir”.
Ağ evdən Moskvanın bu yanaşmasına hələlik reaksiya verilməyib.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью