Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı real güzəştlərə məcbur etmək üçün ABŞ-ın Kiyevə hərbi dəstəyi artırmalı və Moskvaya qarşı sanksiyaları sərtləşdirməli olduğunu bildirib.
Ölkə.az xəbər verir ki, Zelenski bu barədə jurnalistlərlə görüşündə danışıb.
Ukrayna liderinin sözlərinə görə, ABŞ Konqresinin Kiyevə genişmiqyaslı dəstək paketini qəbul etməsi Moskvanı real addımlar atmağa məcbur edə bilər. O hesab edir ki, bunun üçün Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirməli və Ukraynaya silah tədarükünü artırmalıdır.
Zelenski Rusiyanın hərbi niyyətləri ilə bağlı narahatlığını da ifadə edib. Onun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin yaxın ətrafına Ukraynanın böyük şəhərlərində normal həyatı məhv etmək niyyətində olduğunu bildirib.
Ukrayna Prezidenti Moskvanın Kiyev, Dnepr, Xarkov, Zaporojye və Odessaya hücumlarını gücləndirdiyini qeyd edib.
Zelenski Ukraynanın NATO-ya üzvlüyünü Rusiyanın gələcək hücumlarının qarşısını ala biləcək əsas təhlükəsizlik mexanizmlərindən biri kimi qiymətləndirib.
Onun fikrincə, Ukrayna NATO-nun üzvü olacağı təqdirdə, Putinin Alyansa qarşı müharibəyə başlamağa cəsarət edib-etməyəcəyi sual altındadır.
Ukrayna lideri vurğulayıb ki, NATO-nun əsas üstünlüyü üzv ölkələrin təhlükəsizliyinin kollektiv müdafiə prinsipinə əsaslanmasıdır.
Zelenski bildirib ki, Ukraynanın gələcək sülh razılaşmaları çərçivəsində ümumi və qeyri-müəyyən vədlərə deyil, konkret və hüquqi baxımdan etibarlı təhlükəsizlik öhdəliklərinə ehtiyacı var.
Mürtəza