Zelenskinin qərarı Ukraynanı silkələdi: İkinci cəbhə açıldı Sui qəsd iddiası | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Ukraynada siyasi gərginlik yeni mərhələyə qədəm qoyur.
Prezident Volodimir Zelenskinin Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini imzalaması ölkə ictimaiyyətində narazılığa səbəb olub.
Ekspertlər bu addımı antikorrupsiya institutlarının müstəqilliyinə zərbə kimi qiymətləndirir, vətəndaş cəmiyyətində isə Zelenskiyə etimadın azaldığına dair fikirlər səslənir.
Analitiklərin fikrincə, Ukrayna xalqı artıq mövcud hakimiyyətə qarşı daha sərt reaksiya göstərə, hətta Zelenskinin devrilməsi ehtimalı gündəmə gələ bilər.
Ukrayna prezidentinin bu cür addımları onun siyasi gələcəyi üçün hansı nəticələri doğuracaq?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Volodimir Zelenskinin iki mühüm təşkilatın statusunun dəyişdirilməsi ilə bağlı verdiyi qərarlar Ukraynada ciddi narazılıq yaradıb: “Bunun müəyyən səbəbləri var.
Sözügedən təşkilatlar vaxtilə Qərb institutlarının təşəbbüsü ilə yaradılmışdı ki, Ukraynada korrupsiyaya qarşı mübarizə şəffaf şəkildə aparılsın.
Bu qurumlar hüquq pozuntularına ciddi yanaşır, günahkarları məsuliyyətə cəlb edirdilər.
Tam oxu
Xəbəri oxu