Zelenskinin qulluqçusu olmaq fikrim yoxdur Fitso

19.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenskinin qulluqçusu olmayacağını bildirib və Avropa İttifaqından Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu deyib.

"Unikal" xəbər verir ki, o bu barədə "Facebook"da yazıb. 

“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır. Mənim vəziyyətimdə oxu daşa dəydi. Robert Fitso Slovakiyanın baş naziridir, Ukrayna qulluqçusu deyil”, - deyə o yazıb.

O, Ukraynanın Avropaya qaz tranzitini dayandırdığı üçün Aİ-dən Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu qeyd edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью