Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynada yeni seçkilərin keçirilməsi məsələsi yenidən gündəmə gəlib. ABŞ Prezidenti Donald Trampın “Düşünürəm ki, Ukraynanın yeni liderə ehtiyacı var” açıqlamasından sonra Ukrayna Prezidenti Volodimir Zelenski onlayn seçkilərin keçirilməsi variantını təklif edib.
Turkustan.az xəbər verir ki, Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində onlayn səsvermənin mümkün olduğunu, lakin bunun üçün parlamentin müvafiq hüquqi dəyişikliklər etməli olduğunu bildirib.
Ukrayna lideri, həmçinin hərbçilərin seçkilərdə iştirakının təmin edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əsgərlərə səsvermə imkanı yaradılmadan seçkilərin keçirilməsi böyük ədalətsizlik olardı.
“Bütün peşələr vacibdir, lakin müharibə dövründə hərbi xidmət ən vacib peşədir. Çünki əsgərlər həyatlarını təhlükəyə atırlar. Hərbçilərə səs vermək imkanı yaratmadan seçkilərin keçirilməsi ədalətsizlik olardı. Bu, 100 faiz ədalətsiz olardı”, – deyə Zelenski bildirib.
Aytən Yaşar/Turkustan.az