Zelenskinin sülh təşəbbüsü Tramp üçün tələ ola bilər

13.05.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə mümkün sülh danışıqları çərçivəsində ABŞ-nin Prezidenti Donald Trampı prosesə cəlb etməyə çalışması tənqid və ehtiyatlı yanaşmalar doğurub.

Redaktor.az xəbər verir ki, bu barədə  müharibə müxbiri Aleksandr Kots Teleqram kanalında paylaşım edib.

O, bu təşəbbüsü Tramp üçün “tələ” kimi qiymətləndirib.

Kots bildirib ki, Rusiya Federasiyası birbaşa danışıqlara açıq olduğunu bildirərək Qərbin əvvəlki təşəbbüslərini kölgədə qoyub və Trampa “həyat qurtaran qamış” təqdim edib. Müxbir qeyd edib ki, Tramp özünü sülh təşəbbüslərinin əsas fiquru kimi təqdim etsə də, hələlik real nəticələr əldə olunmayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью