Zelenskinin təyyarəsi Ankaradan İstanbula yollanır

15.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin Ankaradan İstanbula uçuşu Moskva vaxtı ilə 16:30-a (Bakı vaxtı ilə 17:30-a - red.) planlaşdırılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.

Bildirilir ki, əvvəlcə uçuş Moskva vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 17:00-a - red.) planlaşdırılmışdı, lakin naməlum səbəblərdən yarım saat təxirə salınıb.

O da vurğulanır ki, hazırda təyyarədə Zelenskinin özünün olub-olmayacağı barədə məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью