Zelenskinin Trampdan gözləntiləri minimuma enib CNN

19.06.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla bağlı gözləntilərinin əhəmiyyətli dərəcədə azaldığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransada keçirilən G7 sammiti zamanı Tramp Zelenskiyə qarşı müəyyən laqeyd münasibət nümayiş etdirsə də, Ukraynanın üzləşdiyi çətin vəziyyətə dəstəyini ifadə edib.

CNN qeyd edir ki, Zelenski artıq Vaşinqtondan böyük siyasi və ya hərbi addımlar gözləmir.

Bununla belə, Ukrayna liderinin əsas məqsədlərindən biri ölkəsində ABŞ və Avropa istehsalı olan zenit-raket sistemləri və raketlərin lisenziyalı istehsalının qurulması ilə bağlı ideyanı gündəmdə saxlamaq olub.

“Görünür, Zelenski Trampdan gözləntilərini sıfıra endirib. Lakin o, bir əsas nəticəyə nail oldu: Ukraynanın özündə olmayan ABŞ və Avropa istehsalı zenit-raket sistemləri və raketlərinin kütləvi, lisenziyalı istehsalını təşkil edə biləcəyi ilə bağlı hələ də qeyri-müəyyən bir fikir formalaşıb”, - deyə CNN vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью