Icma.az, Sia Az portalına istinadən məlumat verir. "Zelenskinin Türkiyə səfəri hazırda böyük diqqət çəkir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, çünki Səudiyyə Ərəbistanının paytaxtında həm də Amerika Birləşmiş Ştatları ilə Rusiya nümayəndə heyəti arasında görüş keçirilib: "Görüş nəticəsində söylənilən fikir bundan ibarətdir ki, ümumi bir qənaət, razılaşma olmasa da, fikirlərin bir sıra hallarda üst-üstə düşməsi müşahidə olunmaqdadır.
Lakin belə bir həssas, kritik məqamda həm də Zelenskinin Türkiyə səfəri də diqqətə alınmalıdır.
Çünki Ukrayna, ABŞ və Rusiya arasında keçirilən danışıqlar nəticələrini qəbul etməyə bilər. İndidən də belə bir mövqe hiss olunmaqdadır.
Eyni zamanda Avropa İttifaqının da danışıqlara, görüşlərə münasibəti mənfidir.
Türkiyə bundan əvvəlki dövrlərdə də həm Antalya diplomatik forumu, həm İstanbul görüşü əsnasında vasitəçilik imkanlarını irəli sürmüşdü.
Lakin hazırda bu görüşün keçirilməsindən sonra hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə bir proses də başlaya bilər.