Zelenskinin xanımı həbs oluna bilər? Korrupsiya iddiası

18.05.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya həbs oluna bilər.

Bakupost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) Olena Zelenskayanı həbs etməyə hazırlaşır.

Bu əsasda iddia edilir ki, Ukrayna siyasi strateqləri Prezident Zelenskiyə rəsmi və açıq şəkildə həyat yoldaşından boşanmağı məsləhət görüblər.

Lakin NABU-nun mətbuat xidməti Telegram kanalında Olena Zelenskaya ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Bəyanatda bildirilir ki, NABU və SAPO Olena Zelenskaya qarşı heç bir prosedur başlatmayıb.

Rüfət Sultan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью