Icma.az bildirir, Azpost portalına istinadən.
ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni lider seçməyə çağırıb. Bu çağırış hazırkı prezident Volodimir Zelenskinin siyasi gələcəyi və Kiyevdə növbəti seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı yeni suallar yaradıb.
Bəs Ukraynanın yeddinci prezidenti postuna kimlər iddia edə bilər?
Amerikanın Newsweek jurnalı mümkün namizədlərdən ibarət dörd nəfərlik siyahı təqdim edib.
Valeri Zalujnı — Ukrayna ordusunun keçmiş baş komandanı, hazırda isə ölkənin Böyük Britaniyadakı səfiridir. O, Zelenskinin əsas rəqibi hesab olunur.
Kirill Budanov — Ukraynanın hərbi kəşfiyyatının rəhbəri kimi tanınıb. Rusiya tərəfindən aradan götürülməsi hədəf alınan əsas şəxslərdən biri olması ilə də diqqət çəkib.
Mixail Fyodorov — cəmi 35 yaşı var. O, 2026-cı ilin yanvarında müdafiə naziri təyin olunana qədər bir neçə il Ukraynanın pilotsuz uçuş aparatları üzrə xidmətinə rəhbərlik edib və baş nazirin müavini vəzifəsini tutub.
Pyotr Poroşenko — 2014–2019-cu illərdə Ukrayna prezidenti olub. Onun hakimiyyəti dövrü Rusiyanın Krımı ilhaq etməsi və Moskvanın Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində separatçılara dəstək verməsi ilə yadda qalıb. Bu ərazilər Donbas kimi tanınır.