Icma.az, Modern.az portalına istinadən məlumat verir. Rusiya prezidenti Vladimir Putin Ukraynada mümkün seçkilərlə bağlı yeni açıqlamalar ve
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Ukrayna ordusunun keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfi
Putinin sözlərinə görə, Zelenskinin əsas problemi odur ki, hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərə getməli olacaq.
O, Zelenskinin seçkilərdə qalib gəlmək şansının "sıfıra bərabər" olduğunu iddia edib.
Bundan əlavə, Rusiya lideri Zelenskinin Rusiya ilə danışıqlardan yayınmaq üçün hərbi vəziyyətin saxlanmasına çalışdığını vurğulayıb.
Qeyd edək ki, Valeri Zalujni Ukraynanın hərbi liderlərindən biridir və ölkədə ən populyar fiqurlardan sayılır.
2022-ci ildən bəri Rusiyaya qarşı müharibədə ordunu idarə edib və Ukrayna ictimaiyyəti arasında “Dəmir General” kimi tanınır.
Bir sıra KİV-lər onun Zelenski ilə münasibətlərinin gərgin olduğu iddia edilir və bu, onun fevral ayında vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarıb.