ZelenskiTramp görüşü: İlk addımlar ATILDI Yeni Sabah

09.11.2024

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında artıq dialoq qurulub və görüş üçün hazırlıqlar görüləcək.

Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Sibiqa qeyd edib ki, Tramp ABŞ-da seçkiləri qazandıqdan dərhal sonra baş tutan telefon danışığının sürəti bu əlaqənin artıq mövcud olduğunu göstərir.

"Liderlər səviyyəsində gələcək mümkün əlaqələr müzakirə edilib. Və qeyd etdiyim kimi, tərəflər belə bir görüşün təşkili üçün komandaların praktik hazırlıq işlərinə başlaması barədə razılığa gəliblər," - deyə nazir bildirib./Musavat.com 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью