Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“O, pul və Qərbin müdafiəsi müqabilində ərazilərdən imtina etməlidir"
Əbu-Dabidə keçiriləcək üçtərəfli(ABŞ, Ukrayna, Rusiya arasında) danışıqlardakı sənədlərdə Kiyevin 800 milyard dollarlıq maliyyə yardımı və təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina etməsi nəzərdə tutulur.
“AzPolitika” xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinin mötəbər mənbələrə istinadla yazdığına görə, Rusiya, ABŞ və Ukrayna danışıqlar qruplarının Əbu-Dabidə keçiriləcək ilk üçtərəfli görüşündə dörd sənədin təqdim edilməsi planlaşdırılır. Bu sənədlərin gələcək sülh müqaviləsinin əsasını təşkil etməsi gözlənilir. Xüsusilə, onlardan biri Ukrayna qoşunlarının Donetsk vilayətindən tamamilə çıxarılmasını tələb edir.
Qəzet bildirir ki, kompensasiya olaraq Amerika tərəfi Amerika investisiya şirkəti “BlackRock”-un baş direktoru Larri Finkin rəhbərliyi altında həyata keçiriləcək Ukrayna üçün 800 milyard dollarlıq maliyyələşdirmə proqramı haqqında sənəd təklif etmək niyyətindədir. Digər sənəd isə ABŞ-nin təhlükəsizlik zəmanətlərinə və Avropa ölkələrinin dəstəyinə həsr olunub.
Qəzet bununla bağlı yazır: "Mahiyyət etibarilə, Zelenski pul və Qərbin müdafiəsi müqabilində ərazilərdən imtina etməlidir".
Eyni zamanda, qəzet Finlandiya Prezidenti Aleksandr Stubba istinadla qeyd edir ki, Ukrayna üçün 800 milyard dollarlıq yenidənqurma planı hazırda yalnız kağız üzərində mövcuddur və real maliyyə resursları ilə dəstəklənmir.
C.Məmmədli
“AzPolitika.info”