Zelenskiyə ağır ittiham: Aylar əvvəl...

01.05.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“ABŞ Prezidenti Donald Trampa sui-qəsddə Ukraynanın əli ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson həmkarı Meqin Kelliyə müsahibəsində deyib.

“Söhbət Floridadakı qolf meydançasında ötən il baş tutan sui-qəsd cəhdindən gedir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Zelenski hökuməti son dərəcə qəddardır:

“Kiyev ABŞ silahlarını şübhəli qruplara satır”.

Qeyd edək ki, D.Tramp ötən il iki dəfə – iyul və sentyabr aylarında sui-qəsd cəhdinə məruz qalıb.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью