Zelenskiyə daha bir zərbə: Tramp ukraynalılara elə bir mesaj verdi ki..

19.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Ər-Riyad görüşü ilə bağlı məyus olan ukraynalılara cavab verib.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Eşitdim ki, Rusiya ilə danışıqlarda Ukraynaya yer verilmədiyi üçün pis olublar.  Amma üç ildir o masada oturmuşdular, məsələni asanlıqla həll edə bilərdilər” – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskiyə də müraciət edib:

“Sən müharibəyə heç vaxt başlamamalı idin. Müqavilə bağlaya bilərdin”.

Tramp Ukrayna məsələsini həll edə biləcəyini vurğulayıb. O, Ər-Riyaddakı görüşdən sonra buna daha çox ​​arxayın olduğunu deyib:

“Rusiya nəsə etmək istəyir.  Düşünürəm ki, mənim də bu müharibəni bitirmək gücüm var”.

Qeyd edək ki, bundan öncə Zelenski Ukraynasız danışıqların mümkünsüz olduğunu bildirib. “Ər-Riyadda Rusiya ilə ABŞ arasında baş tutan danışıqlar bizim üçün də sürpriz idi”, deyə o açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью