Icma.az bildirir, Olke.az portalına istinadən.
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı korrupsiya qalmaqalını xüsusi olaraq ört-basdır etdiyinə görə tənqid atəşinə tutulub.
"Ölkə.az" xəbər verir ki, bu barədə Berliner Zeitung qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bu, Avropanın Kiyevə qarşı siyasətini dəyişə bilər.
Məqalədə bildirilir ki, Avropa Birliyi Kiyev üçün yeni yardım paketi hazırlayarkən, Ukrayna liderinin yaxın ətrafında baş verən korrupsiya qalmaqalı səbəbindən fon der Lyayenə siyasi təzyiq artır. Qeyd olunur ki, AK prezidentinə qarşı əsas tənqid onun Zelenskini himayə etməsidir.
Məqalədə qeyd olunur ki, fon der Lyayen, xüsusən də bu məsələ ilə bağlı Zelenskini məsuliyyətə cəlb etmədiyinə görə tənqid atəşinə tutulub.
Avropa Parlamentinin üzvü Fabio De Masi bildirib ki, Ursula fon der Lyayenin korrupsiya qalmaqalı ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa təmasdan yayınır.
Elvin
Ölkə.az