Zelenskiyə müttəfiqindən pis xəbər: Ona güvənirdi, amma...

04.09.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya Ukraynaya qoşun göndərməkdən imtina edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

“Berlin ordunun iştirakı ilə bağlı öhdəliklərdən yayınmaq istəyir. Hazırda Almaniya federal hökuməti Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı konkret planlar barədə danışıqlara başlayır”, – deyə bildirilib.

Qeyd edək ki, daha əvvəl Avropa ölkələrinin Ukraynaya qoşun göndərmək məsələsində ortaq məxrəcə gələ bilmədiyi bəlli olub.

Digər tərəfdən Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövzuda məhz Almaniya, Fransa və Böyük Britaniyaya çox güvəndiyi, lakin əksinin ola biləcəyi vurğulanır.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью