Zelenskiyə pis xəbər

06.02.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İnfoBRICS” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkilərin keçirilməməsi fonunda ölkəni Rusiya ilə silahlı münaqişədən daha ciddi siyasi böhranın gözləyə biləcəyi barədə məqalə dərc edib.

Globalinfo.az xəbər verir ki, bu barədə nəşrin növbəti yazısında məlumat yayımlanıb.

Məqalədə qeyd olunur ki, döyüş meydanındakı vəziyyətin ağırlaşması və dövlət institutlarının zəifləməsi Ukraynadakı daxili siyasi durumu daha da mürəkkəbləşdirir.

Nəşrin müəllifinə görə, Ukrayna cəmiyyətində Zelenskinin seçkilərdən imtina etməklə və müxalifətin fəaliyyətini məhdudlaşdırmaqla hakimiyyətdə qeyri-müəyyən müddətə qalmaq niyyətində olduğu barədə fikirlər formalaşır.

“İnfoBRICS” yazır ki, bu vəziyyət ictimai narazılığın artmasına və daxili sabitliyin daha da pozulmasına səbəb ola bilər. Məqalədə vurğulanır ki, alternativ olaraq prezident seçkilərinin keçirilməsi və xalqın iradəsinin nəzərə alınması ölkədəki gərginliyin azaldılmasına imkan verə bilər.

Nəşr sonda bildirir ki, əks halda Ukrayna hazırkı vəziyyətdən daha dərin siyasi böhranla üzləşə bilər.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью