Zelenskiyə pis xəbər: müttəfiqi geri çəkilir QƏRAR | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya hökuməti atəşkəs əldə olunandan sonra qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı müzakirələri dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetindən məlumat verilib.
“Qərar qeyri-müəyyən müddətə qəbul edilib və münaqişəyə son qoymaq üçün real ilkin şərtlərin olmaması ilə əlaqədardır”, – deyə bildirilib.
Qeyd olunub ki, müzakirə yalnız ABŞ Prezidenti Donald Trampın mühüm addım atacağı və ya Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlara real son qoyulacağı halda bərpa oluna bilər.
Almaniya hökuməti indiyədək belə siqnalların alınmadığını vurğulayıb.
Əliyar Xəlil Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu