Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukraynada Prezident Volodimir Zelenskini devirmək məqsədilə hərbi çevriliş planlaşdırıldığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, Makqreqor bu iddialarını bir “YouTube” kanalına verdiyi müsahibədə səsləndirib və belə bir hadisənin ABŞ-nin Ukrayna böhranına sülh yolu ilə həll tapmaq səylərini mənasız hala gətirə biləcəyini bildirib.
Bu iddia, müharibənin davam etdiyi bir dövrdə Kiyevdə sabitlik və lider dəyişikliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Makqreqorun bu açıqlaması, Ukraynada müharibənin uzun müddət davam etməsi nəticəsində həm orduda, həm də cəmiyyətdə yorğunluğun artdığı, eyni zamanda Qərbdən gələn hərbi dəstəyin sürəti və miqyası ilə bağlı müzakirələrin getdiyi bir dövrə təsadüf edir.
Bu vəziyyət bəzi dairələrdə mümkün daxili siyasi dəyişiklik ssenarilərini gündəmə gətirir.
Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib və Kiyev rəhbərliyi tərəfindən heç bir açıqlama verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin