Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Əbu-Dabidə keçirilən danışıqlar və amerikalıların açıqlamaları bir vacib məqamı göstərdi. Ukrayna Prezidenti Volodimir Zelenskinin qətiyyətli mövqeyi özünü doğrultdu. Ukraynada bəzi şəxslər onun bu mövqeyini düzgün hesab etmirdi, hətta məsuliyyətsiz adlandırırdı. Lakin nəticə göstərdi ki, Zelenskinin mövqeyi doğru olub. Ukrayna yenidən dünya gündəminə qayıdıb, ölkəyə qarşı təzyiqlər isə azalıb”.
Gununsesi.info bildirir ki, bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili şəxsi “Facebook” səhifəsində paylaşım edib:
“Vaşinqtonun hazırda əsas məsələdə düzgün mövqe tutduğunu düşünürəm. Avropa ölkələrinin danışıqlara cəlb edilməsi Ukraynanın təhlükəsizliyi üçün mühüm amildir.
Mən Zelenskini müasir dövrün Uinston Çörçili hesab edirəm. İkinci Dünya müharibəsi zamanı Çörçilllə ABŞ Prezidenti Franklin Ruzvelt arasında da tez-tez fikir ayrılıqları yaşanırdı. Çörçill öz mövqeyini sərt şəkildə müdafiə edir, bu isə bəzən Ruzveltin narazılığına səbəb olurdu. Buna baxmayaraq, onların əməkdaşlığı müharibədə qələbənin əldə olunmasında mühüm rol oynadı.
Bu gün Ukraynada bəzi şəxslər Trampın Zelenskini sevmədiyini və heç vaxt sevməyəcəyini deyirlər. Onların fikrincə, Zelenski hakimiyyətdə olduğu müddətdə ABŞ-dan Ukrayna üçün müsbət addımlar gözləmək olmaz. Halbuki bu fikir yanlışdır və Ukraynaya zərər verir.
Tramp İlon Mask və Benyamin Netanyahu ilə də dəfələrlə ciddi mübahisələr yaşayıb. Marko Rubio və Cey Di Venslə münasibətlərində də əvvəllər fikir ayrılıqları olub. Lakin sonradan onların münasibətləri yenidən düzəlib.
Unutmaq olmaz ki, amerikalılar qətiyyətli və cəsarətli insanlara hörmət edirlər. Zelenski də bu xüsusiyyətləri ilə seçilir. İnanıram ki, Tramp da gec-tez bunu qiymətləndirəcək.
Bundan başqa, gələcəkdə ABŞ Konqresində demokratların çoxluq təşkil etməsi Ukraynaya maliyyə dəstəyinin davamı baxımından mühüm rol oynaya bilər. Həmin dövrdə Zelenski Konqresdə böyük dəstək qazanan bir lider kimi görünəcək.
Mən əvvəlki fikrimdə qalıram: bu gün Zelenskini dəstəkləmək Ukraynanı dəstəkləmək deməkdir. Ona qarşı aparılan siyasi oyunlar isə ən çətin vaxtda Ukraynaya zərbə vurur”.
Afət