Icma.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının koordinatorunun nümayəndəsi Yaçek Dobjinski “X” sosial şəbəkə hesabında məlumat bölüşüb.
Dobjinskinin sözlərinə görə, Hrubeşov şəhərinin 50 yaşlı sakini Polşaya qarşı xarici kəşfiyyatın maraqları naminə fəaliyyət göstərməyə hazır olub.
İddialara əsasən, Pavel K. Rusiya hərbi kəşfiyyat strukturlarına qoşulmaq və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək istədiyini bildirib. Xüsusilə, o, Jeşuv-Yasenka hava limanının fəaliyyəti barədə məlumat ötürməli idi.
Dobjinskinin sözlərinə görə, Pavelin planlarının vaxtında müəyyənləşdirilməsi Zelenskinin həyatına sui-qəsdin qarşısını almağa imkan verib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Bundan əvvəl, Polşanın əks-kəşfiyyat xidmətinin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən müdafiə sektorunda çalışan bir əməkdaşını saxladığı barədə məlumat yayılmışdı.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Dobjinskinin sözlərinə görə, Hrubeşov şəhərinin 50 yaşlı sakini Polşaya qarşı xarici kəşfiyyatın maraqları naminə fəaliyyət göstərməyə hazır olub.