Zelenskiyə tövsiyə etdim ki... Budanov

04.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin qışında Əbu-Dabidə keçirilən danışıqlarda yeni üslub yaratmağa çalışdım.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov “Nyu York Tayms” qəzetinə deyib.

Budanovun sözlərinə görə, o, Rusiya nümayəndə heyətinə konkret məqsəd müəyyənləşdirərək, məsələn, Donbasın müharibədən sonrakı idarəçiliyi ilə bağlı kompromis tapmağa çalışmaq və bu istiqamətdə ardıcıl hərəkət etməyi təklif edib:

“Bu ilin fevralına qədər mümkün variantlar arasında həmin ərazinin özəl hərbi şirkətlərə verilməsi, idarəetmə hüququnun Trampın Sülh Şurasına təqdim edilməsi və ya birgə Ukrayna-Rusiya mülki administrasiyalarının yaradılması nəzərdən keçirilirdi. Prezident Zelenskiyə Donbas məsələsində Rusiyaya hər hansı güzəştə getməməyi tövsiyə etdim. Bu ərazini Rusiyaya vermək, onun ordusunun döyüşərək ələ keçirə bilmədiyi bir qəniməti Moskvaya təqdim etmək olardı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью