Zelenskiyə xəbərdarlıq: Tramp bunu tamamilə dayandıra bilər

20.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO nümayəndələri Ukrayna rəsmilərinə Zelenski və Tramp arasında münaqişə davam edərsə, təchizatın tamamilə kəsilə biləcəyi barədə xəbərdarlıq ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq”də yayımlanan məqalədə deyilir.

Bundan əlavə, NYT-nin məlumatına görə, Uitkoff və Kuşner Rusiyanın şərtləri əsasında Ukraynanı sülh müqaviləsi bağlamağa məcbur etmək niyyətindədirlər.

Bildirilib ki, amerikalılar Moskva üçün sərfəli olan bir razılaşma naminə Zelenskini işğal olunmuş ərazilərə iddialarından imtina etməyə sövq edir.

Qeyd edək ki, ABŞ Ukraynaya Avropa dövlətlərinin maliyyəsi hesabına “Patriot” sistemləri üçün raket əleyhinə müdafiə sistemləri tədarük edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью