Icma.az bildirir, Saglamolun portalına istinadən. Zəli son illərdə populyarlığı artan alternativ müalicə üsullarından biridir.
Zəlilər təxminən 3000 ildir müalicə üsulu kimi istifadə olunur. Zəlinin dəri üçün faydaları nələrdir?
Zəli qan udmaq üçün quyruğunda və başında əmzikləri olan bir məxluqdur. Zəli öz ağırlığından 8 dəfə çox qan udmaq qabiliyyətinə malikdir.
Zəlidən müalicə vasitəsi kimi istifadə tarixi qədim Misir dövrünə gedib çıxır.
Zəli terapiyası bədənin diskomfort olan nahiyələrinə qoyulan zəlilərlə aparılır.
Zəlilər xəstələnmiş nahiyədə qan əmərkən ifraz etdikləri maye ilə xəstəliyin müalicəsinə kömək edir.
Zəlinin ifrazında qanın laxtalanmasının qarşısını alan, ağrıları aradan qaldıran, əzələləri rahatlaşdıran, immun sistemini gücləndirən, antibakterial xüsusiyyətlərə malik fermentlər var.
Zəli terapiyası xüsusilə dəri sağlamlığına müsbət təsir göstərir.