Zelim Kotsoyev: “Fransa çox güclüdür, amma Azərbaycan evdə sürpriz edə bilər” EKSKLÜZİV

16.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Fransa yığmaları arasında keçiriləcək Dünya çempionatının seçmə oyunu öncəsi tanınmış idmançılar öz fikirlərini bölüşməyə davam edir. Dünya, Avropa və Olimpiya çempionu Zelim Kotsoyev qarşıdakı qarşılaşma ilə bağlı proqnozunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, tanınmış cüdoçu oyunun çətin keçəcəyini desə də, millimizin ev amilinə güvənməyin vacibliyini vurğulayıb.

“Düzünü desəm, fanatik futbol azarkeşi olmasam da, başa düşürəm ki, Fransa çox güclü rəqibdir və Azərbaycan üçün matç son dərəcə çətin olacaq. Amma komandamız evdə oynayır və evdə həmişə üstünlük var. Ümid edək ki, millimiz maksimum mübarizə göstərəcək və qalib olmasa belə, heç olmasa heç-heçə əldə edəcək. Məncə matç 2:2 hesabı ilə bitə bilər”, – deyə Kotsoyev bildirib.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью