Icma.az, Apasport portalına istinadən məlumat yayır. Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilmiş
Apasport.az xəbər verir ki, olimpiya çempionu bu barədə Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.
O, Azərbaycan təmsilçilərinin sözügedən turnirdə 6 qızıl medal qazandığını xatırladıb: "Bizim ölkədə çox yaxşı məşqçilər var, hər kəs bizim üçün çox çalışır.
Biz də qalib gəlməliyik. Ümid edirəm ki, dünya çempionatı və Olimpiya Oyunlarında da ən yaxşı nəticələri qazanacağıq.
Hidayəti təbrik edirəm. O, mənim yaxın dostumdur. Birlikdə məşq edirik. O güləşəndə mən onu dəstəkləyirəm, o da məni dəstəklədi.
Finalda onun səsini eşidirdim. Onun üçün çox sevindim". Meksikada qızıl mükafata sahib çıxan Z.Kotsoyev özünü yaxşı hiss etdiyini söyləyib:
Fiziki durumum yüz faiz deyil, amma çox xoşbəxtəm. Finalda qalib gəldiyim Reyeslə bir neçə dəfə qarşılaşmışam. O, çox güclü cüdoçudur.
Sol əli, demək olar ki, beton kimidir (gülür). Mən bilirdim ki, onun sol əlini "öldürməliyəm", yəni nəzarət altına almalıyam.