Zelim Kotsoyev yarımfinalda uduzdu

19.04.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda mücadilə edəcək.

Fanat.Az xəbər verir ki, yarımfinalda Niderland idmançısı Simeon Katarinaya yenilib.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) ilk görüşdə məğlub olaraq mübarizəni erkən dayandırıblar.

Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью