Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq Dünya çempionatı

07.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq - Dünya çempionatı

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparır. 

81 kq

Zelim Tskaev

İlk mərhələdən azad idi. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olub. Zelim qələbə qazanaraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Casse Mattihasa (Belçika) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, 1/2 finalda Abılayxan Jabanazarla (Qazaxıstan) üz-üzə gəlib və ipponla qalib gəlib.

O, finalda Gürcüstan idmançısı, üçqat dünya və Avropa çempionu Tato Qriqaraşvili ilə qarşılaşacaq.

Medal uğrunda görüşlər bu gün saat 18:00-dan başlanacaq.

Ömər Rəcəbli

İlk mərhələdən azad idi. O, 1/16 finalda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib. Ömər 1/8 finalda Morodjon Yuldaşevlə (Özbəkistan) üz-üzə gəlib və qalib gəlib. O, 1/4 finalda Mihaylo Siminlə (Serbiya) görüşüb və məğlub olub. O, təsəlliverici görüşdə Naçe Herkoviçə (Sloveniya) qalib gəlib və bürünc medal uğrunda mübarizə aparacaq.

O, 3-cü yer uğrunda Abılayxan Jabanazarla (Qazaxıstan) qarşılaşacaq.

Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkova (Bolqarıstan) ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, bu mərhələdə  isə Saad Dikayevə (Estoniya) qalib gəlib. Vüsalın 1/8 finalda rəqibi Abılayxan Jabanazar (Qazaxıstan) olub. Cüdoçumuz bu görüşdə uduzaraq mübarizəni başa vurub.

63 kq

Hanna Zaytseva – ilk mərhələdən azaddır. O, 1/16 finalda Anna Kriza (Macarıstan) ilə üz-üzə gəlib və uduzub.

2 medalımız var

Hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью