Zelim Tçkayev Qran prinin qalibi oldu, Hidayətdən bürünc medal

27.06.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan cüdoçusu Zelim Tçkayev Çinin Sindao şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz həlledici görüşdə Avstriya cüdoçusu Bernd Faşinq üzərində qələbə qazanaraq turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov isə üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq bürünc medal əldə edib.

Qeyd edək ki, turnirdə 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev məğlub olaraq mübarizəni dayandırıb. 63 kq-da yarışan Fidan Əlizadə də rəqibinə uduzaraq turnirdə çıxışını başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью