Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qələbəni əldən verəcəyimi düşünmürdüm. Son ana qədər qalib gələcəyimi zənn edirdim.
Teleqraf xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanan cüdoçu Zelim Tçkayev jurnalistlərə açıqlamasında deyib.
O, finalda gürcüstanlı rəqibi Tato Qriqalaşvilinin güclü olduğunu söyləyib.
"Rəqib daha güclü idi, ona görə də uduzdum. Hər hansı bir yorğunluq yox idi, sadəcə o, daha güclü idi və mən uduzdum. Bu qədər, heç bir bəhanə yoxdur. Heç vaxt hakimlərin qərarı şərh etməyi sevmirəm, indi də etməyəcəyəm", - deyə bildirib.