Zəlimxan Yaqubun ata yurdu ev muzeyinə çevrilir

09.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xalq şairi Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir mühüm addım atılır. Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində, şairin doğulub boya-başa çatdığı ata ocağında ev-muzeyi inşa olunur.

Bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin tədqiqatçısı Musa Nəbioğlu bildirib ki, layihənin məqsədi böyük söz ustadının zəngin ədəbi irsini gələcək nəsillərə çatdırmaq və onun doğma Borçalıdakı xatirəsini yaşatmaqdır. Onun sözlərinə görə, ev-muzeyi şairin ata yurdunun həyətində ayrıca bina kimi tikilir.

Musa Nəbioğlu qeyd edib ki, Borçalıda belə bir mədəniyyət məkanının yaradılması Zəlimxan Yaqubun uzun illər arzuladığı təşəbbüslərdən biri idi. Yeni ev-muzeyi yalnız şairin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş olunduğu məkan olmayacaq, həm də poeziya və saz sənətinin təbliği üçün mühüm mədəniyyət ocağına çevriləcək. Burada ziyarətçilər Zəlimxan Yaqubun ömür yolu, zəngin yaradıcılığı və nəşr olunmuş əsərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı, ev-muzeyində müxtəlif ədəbi-bədii tədbirlərin, poeziya gecələrinin, eləcə də tanınmış aşıq və şairlərin yubiley mərasimlərinin keçirilməsi planlaşdırılır. Layihənin Azərbaycan və Gürcüstan arasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsinə də töhfə verəcəyi gözlənilir.

Musa Nəbioğlu bildirib ki, ev-muzeyinin tikinti işlərinin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью