Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 65-ə çatıb, 36 nəfərin axtarışı isə davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə "ABS-CBN News" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərin əksəriyyəti zəlzələnin güclü təsirindən yaranan torpaq sürüşmələri və bina dağıntılarının qurbanı olub. Hazırda xilasedicilər torpaq və beton qalıqları altında qalan daha 36 nəfərin axtarışını davam etdirirlər. Lakin mütəxəssislər hələlik həmin ərazilərdə hər hansı bir həyat əlaməti aşkar edə bilməyiblər.
Xatırladaq ki, dağıdıcı zəlzələ 8 iyun səhəri Mindanaonun cənub sahillərində qeydə alınıb. Yerli hakimiyyət orqanlarının son hesabatına əsasən, təbii fəlakət nəticəsində ümumilikdə 2500 evə ziyan dəyib ki, onlardan da 460-ı tamamilə dağılıb.
Zəlzələdən ən çox adanın cənubunda yerləşən Davao Occidental və Sarangani əyalətləri, eləcə də General Santos şəhəri zərər çəkib. Ümumilikdə isə yeraltı təkanlar Filippinin 735 mindən çox sakininin həyatına mənfi təsir göstərib.
Aminə ŞAHSUVARQIZI