Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək Əliyevlə Ərdoğan da qatılacaq

24.05.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Gələn ay Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən 250 mininci mənzilin açarları vətəndaşlara təqdim ediləcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev də iştirak edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью