Zəlzələ bu rayonlarda da hiss edilib

12.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.

"Cebheinfo.az" xəbər verir ki,  yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub. Hətta Xankəndidə də zəlzələnin hiss edildiyi bildirilir. Bu barədə yerli sakinlər sosial şəbəkələrdə yazıblar. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью