Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu

10.10.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu

Panamada idman verilişinin canlı yayımı zəlzələ səbəbindən qəfil dayandırılıb.

QOL.az xəbər verir ki, hadisənin görüntülərini “Deportes RPC” telekanalı sosial şəbəkələrdə paylaşıb.

İnsident yerli “Veraguas” klubunun oyun problemlərinin müzakirə olunduğu veriliş zamanı baş verib. Jurnalistlər və məşqçilər korpusunun nümayəndələri söhbət edərkən studiyada yeraltı təkanlar hiss olunub. Zəlzələ nəticəsində mebel və avadanlıqlar silkələnib.

Baş verənləri anlayan aparıcılar və qonaqlar mikrofonları qoyaraq tələsik studiyanı tərk ediblər.

Hadisə zamanı xəsarət alanların olub-olmadığı ilə bağlı məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью